Meqa həyat

HƏYATIN YAŞAM SIĞORTASI

Həyatın Yaşam Sığortası ilə siz həm gələcək planlarınız üçün pul yığırsınız,
həm əlavə gəlir əldə edirsiniz, həm də həyatınızı sığortalamış olursunuz.

Kalkulyator   Online müraciət

Daxil ol Şifrəni unutdum

Şifrənin dəyişdirilməsi üçün, sizin mobil nömrənizə 5 rəgəmli kod göndəriləcək.

Yığım Kalkulyatoru

 
 

Tez-tez verilən suallar

Həyatın yaşam sığortasına minimal və maksimal hansı məbləğlə qoşula bilərəm?

Həyatın yaşam sığortasına qoşulmaq üçün minimal məbləğ 50 manat (gross), maksimal məbləğ isə aylıq gəlirinizin (gross gəlir) 50 %-i təşkil edir.
Şəxs işdən çıxdıqda sığorta müqaviləsi üzrə növbəti sığorta haqlarını ödəmir və seçimindən asılı olaraq müqaviləni müddətin sonuna kimi dondura və ya müqaviləyə xitam verib netto yığılan məbləği geri götürə bilər (xitam halında qanunvericilikdəki güzəştlərdən faydalanmaq mümkün deyil). Müqavilə dondurulduğu halda isə müqavilə müddətinin sonunda yığılmış məbləğ şəxsin özünə ödənilir. Şəxs yeni işə qəbul olunarsa yeni işə götürənin razılığı ilə sığorta müqaviləsi üzrə yeni iş yerindən istədiyi məbləğlə qaldığı yerdən müqaviləni davam etdirə bilər.
Bəli, fəaliyyət göstərdiyiniz sektordan asılı olaraq gəlirinizin 50%-ni keçməmək şərti ilə bir neçə müqavilə bağlaya bilərsiniz.
Müqaviləyə xitam verildikdə, xitam verilmə anına uyğun olaraq müqavilədə göstərilən qaytarılan məbləğdən sığorta olunana tətbiq edilmiş vergi və pensiya güzəştləri çıxılaraq yerdə qalan məbləğ şəxsin özünə ödənilir. Güzəştlərin itirilməməsi üçün müqaviləyə xitam deyil, dondurma əlavəsi etmək tövsiyyə olunur.
Sığorta müddəti ərzində ölüm halı baş versə müqavilədə göstərilmiş və sığorta müddətinin sonuna yığılması gözlənilən sığorta məbləği sığortalanmış şəxsin qanuni varislərinə (ailə üzvlərinə) ödəniləcək.
Bəli, sığorta müqaviləsi üzrə ödənilməli sığorta haqlarını istənilən ay öncədən sığorta şirkətinə şəxsi kabinetlə müraciət edərək birdəfəlik və ya müddətin sonuna kimi artırmaq, azaltmaq və ya dondurmaq mümkündür.
Siz həyatın yaşam sığortasına qoşulmaqla həm həyatınızı sığortalamış olursunuz, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən faydalanaraq vergi və pensiya ödəmələri üzrə 50 %-dək gəlirlilik əldə etmiş olursunuz. Bundan başqa hər ay ödədiyiniz sığorta haqlarının üzərinə investisiya faizi gəlir və bu da gəlirliliyinizin artmasına səbəb olur.

Sizə zəng edək?